Cümə, 23 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Azərbaycan Formula 1 ilə müqavilə şərtlərinin yaxşılaşdırılmasını istəyir

13 Fevral 2018
A A
Azərbaycan Formula 1 ilə müqavilə şərtlərinin yaxşılaşdırılmasını istəyir

Foto: Turan

Azərbaycan 2016-cı ildən ölkədə keçirilən Formula 1 yarışları ilə bağlı təşkilatçılarla danışıqlar aparacaq. Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov TASS agentliyinə deyib ki, kontrakt uzadılmamışdam şərtlərin yaxşılaşdırılmasını istəyirlər.

“Grand Prix-dən üç ay sonra Formula 1 rəhbərliyinə kontraktı 2025-ci ilədək uzadıb uzatmamaq barədə qərarımızı bildirməliyik. Hamı anlayır ki, mövcud kontrakt qəbuledilməzdir. Məncə, Formula 1-in yeni rəhbərliyi də bunu anlayır. Bir sıra kommersiya şərtləri, sponsorluq haqları, ödədiyimiz qiymətdən danışırıq”, – Azad Rəhimov deyib.

Nazir vurğulayıb ki, onun fikrincə həm Azərbaycan, həm də Formula 1 rəhbərliyi yarışın Azərbaycanda keçirilməsini istəyir.

Azərbaycan 2016-cı ildən “Formula-1” Grand Prix yarışlarını təşkil edir.

Təşkilat Komitəsi ilə imzalanan sazişə görə, Azərbaycan 2017-ci ildən sonra daha 3 il bu yarışları keçirməlidir. Azərbaycan rəsmilərinin sözlərinə görə, əks halda, razılaşmaya əsasən, ölkəni 50 milyon dollar cərimə gözləyir.

Yarışların təşkili ilə bağlı Formula 1 rəhbərliyi ilə imzalanan müqavilənin detalları ilə bağlı ictimaiyyətə açıqlama verilməyib. Nazir Azad Rəhimov bunu kommersiya sirri olmağı ilə əsaslandırıb.

Ölkə müxalifəti isə bu yarışların Bakıda keçirilməsinin əleyhinədir. Onlar deyirlər ki, beynəlxalq yarışların təşkilinə ayrılan pullar xalqın ehtiyaclarına sərf edilməlidir.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia