Baş prokuror Zakir Qaralov prezident seçkiləri ilə bağlı İşçi Qrupun yaradılması haqqında sərəncam imzalayıb. Bunu baş prokurorun birinci müavini Rüstəm Usubov deyib.
APA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) dairə seçki komissiyalarının sədrləri üçün təşkil etdiyi seminar-müşavirədə çıxış edən R.Usubov deyib ki, İşçi Qrup seçki ilə bağlı şikayətlərə baxacaq: “Qrupa mən rəhbər təyin edilmişəm. İnşallah, seçki prosesi qanun pozuntularına yol verilmədən keçiriləcək”.