Dövlət Statistika Komitəsi əhalinin sayını açıqlayıb. Komitənin saytında yayımlanan məlumata görə, ötən il ölkə əhalisinin sayı 88 min 104 nəfər (0,9%) artıb. 2018-ci il yanvarın 1-inə olan məlumata görə bununla da əhali sayı 9 milyon 898 min 85 nəfərə çatıb.
Əhalinin ümumi sayının 52,9%-i şəhər, 47,1%-i kənd sakinlərinin, 49,9%-i kişilərin, 50,1%-i isə qadınların payına düşür.
2017-ci ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 144041 nəfər və ya hər gün orta hesabla 395, saatda isə 16 doğulmuş körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 14,8 təşkil edib.
Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 46,8% təşkil edərək hər 100 doğulan qıza 114 oğlan düşüb (bioloji norma 105-107 təşkil edir).
Doğulanların cins nisbətinin pozulması ümumi əhalinin cins strukturuna da təsir göstərib və hər 1000 kişiyə 1004 qadın düşüb.