Çərşənbə axşamı, 8 İyul 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Zəvvarların həcc üçün ödədiyi pul hara xərclənir?

15 Fevral 2018
A A
Zəvvarların həcc üçün ödədiyi pul hara xərclənir?

Foto: Bandar Aldandani / AFP / Getty Images

Hər il dünyada milyonlarla müsəlman Səudiyyə Ərəbistanının, Məkkə şəhərində yerləşən və onlar üçün müqəddəs hesab olunan Kəbəni ziyarət edir. Burada qurban kəsilir və ziyarəti başa vuran zəvvarlar Hacı titulu alır.

Həcc ziyarəti həm də İslamın 5 şərtindən biridir. Bu şərtin də yerinə yetirilməsinin xüsusi qaydaları, tələbləri var.

Həcc ziyarəti Səudiyyə Ərəbistanı ərazisində reallaşdığından bu ziyarətin xərci də oradakı iaşə obyektlərinin müəyyən elədiyi qiymətlərə uyğun formalaşır. Məsələn, bu il Kəbə yaxınlığındakı otellər, qonaq evləri, eləcə də Məkkəyə gedəcək marşrut xətti üzrə nəqliyyat qiymətləri də artdığından zəvvarların daha çox xərc çəkəcəyi ehtimal edilir.


Ümumilikdə bu ziyarət üçün nə qədər pul xərclənir və bu xərc nəyə sərf olunur?

Bu il Həcc ziyarəti 19-24 avqust tarixlərində baş tutacaq. Azərbaycandan olan zəvvaralara isə 2018-ci il üçün 2000 yer ayrılıb. Getmək istəyən hər kəs QMİ-yə 4150 dollar ödəməlidir.

Başqa ölkələrdən fərqli olaraq Azərbaycanda Həcc ziyarətinin təşkili yalnız Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təşkil olunur. Rəqabət mühiti olmadığına görə, qiymətlər də QMİ-nin müəyyən etdiyi kimi olur.

Digər ölkələrdə isə yola düşəcək zəvvarların bir qisminin səfəri dövlət, digəri isə Həcc ziyarəti agentlikləri tərəfindən təşkil edilir.

Pakistan və Hindistan kimi müsəlmanların çox yaşadığı ölkələrdə bu işlə məşğul olan və müxtəlif tur-paketlər təklif edən agentliklər var.

Qiymətlərdə hər il müşahidə olunan dəyişiklik isə həm də Səudiyyə Ərəbistanı ilə bağlıdır. Belə ki, burada həm otellərin, qonaq evlərinin qiymətlərindəki, həm də nəqliyyatdakı bahalaşma zəvvarların ümumi xərclərinə təsir edir.

Qafqaz Müsəlmanları İdarəsinin məsul nümayəndəsi, Azərbaycanın Həcc missiyasının üzvü Həmdulla Babayev də mətbuata açıqlamasında bunu qeyd edib. Onun sözlərinə görə, qiymətlərə Səudiyyə Ərəbistanında yanacağın bahalaşması da təsir edib.

Ötən il gedən zəvvarlar üçün Həcc evləri tutulduğunu deyən H.Babayev bu il 1000 nəfərlik otel götürüldüyünü bildirib.
Səudiyyə Ərəbistanı müsəlmanların hər il axın etdiyi Həcc ziyarətindən kifayət qədər böyük pullar qazanır. 2017-ci ildə 2.4 milyon müsəlman Kəbəni ziyarət edib. Ölkənin 2017-ci il mövsümündə bu ziyarətdən gəliri isə təxminən 4 milyard dollar olub.

Elə Azərbaycanda da zəvvarların ziyarət üçün QMİ-yə ödədiyi pulun əksər hissəsi Səudiyyə Ərəbistanına qalır. Bu pullar zəvvarların orada gecələməsi, yol pulu üçün xərclənir. Bunlarla yanaşı zəvvarlar dini ayinin bir hissəsi kimi qurbanlıq almalı və kəsilməlidir. Zəvvarlar qoyun, inək və dəvə qurban kəsə bilər. Qoyunun qiyməti 131 ABŞ dollarıdır. İnək kəsmək istəyənlər 1345 dollar, dəvə kəsmək istəyənlər isə 1305 dollar ödəməlidir. Bundan başqa zəvvarların hədiyyə, əlavə yemək və s. xərcləri də olur. Bəzi otellərə gündə bir neçə dəfə yemək daxil olsa da əlavə yemək almaq istəyən zəvvarlar öz pullarını xərcləməlidirlər.

Minimum hesablasaq bir zəvvarın gediş-gəliş, qonaqlama xərci (4150 dollar) və ən azı qoyun qurban kəsmək üçün (131 dollar) ümumilikdə 4281 dollar xərcləməlidir. Bu da təxminən 8 min 180 Azərbaycan manatı edir.
Bundan əlavə bu il təkrar gedən zəvvarlar ötən il də olduğu kimi əlavə pul ödəməlidirlər. Bu da 535 dollardır, yəni təxminən 900 manat.

Həcc üçün kvota necə və kim tərəfindən müəyyənləşir?

Azərbaycandan gedəcək zəvvarların sayı hər il dəyişir. Məsələn, ötən il Azərbaycan üçün kvota 600 nəfər olduğu halda bu il bu rəqəm 2000-ə qalxıb.

İnfoqrafika: Mikroskop Media

Hər il hər ölkədən nə qədər zəvvar gələcəyini isə Səudiyyə Ərəbistanı müəyyənləşdirir. Bu rəqəm hər ölkənin müvafiq qurumu ilə danışıqlar nəticəsində qərarlaşdırılır və ölkədə yaşayan əhalinin sayına uyğun olaraq dəyişir. Amma kimlərin Həccə gedəcəyini isə hər ölkə öz daxilində müvafiq qurumların vasitəsilə müəyyən edir.

Məsələn, qonşu Türkiyədə bu ziyarətə getmək istəyənkərin sayı, eləcə də əhali sayı kifayət qədər çox olduğundan Dəyanət İşləri Nazirliyinin püşk atması ilə seçilir.

Ən yüksək kvota isə İndoneziyaya ayrılır, çünki ən çox müsəlman bu ölkədə yaşayır.

Kvota demək olar ki, hər il dəyişir. Məsələn, bu il Hindistan üçün ayrılan kvota 5 min nəfər artırılıb. Banqladeş isə Səudiyyə Ərəbistanı ilə kvotanın 130 minə çatdırılması üçün danışıqlar aparır. Əlcəzairin kvotanı 41 min nəfərə çatdırmaq barədə bu ölkə ilə müraciətinə baxılması isə hələlik təxirə salınıb.

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025
Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA
Araşdırma

Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA

10 Mart 2025
Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar
Detallı

Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar

18 Noyabr 2024
Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya
Detallı

Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya

12 Noyabr 2024
Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib
Detallı

Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib

11 Noyabr 2024

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia