Jurnalist Əziz Orucovun əfv olunması üçün prezidentə müraciət olundu

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu Azərbaycan Milli Platforması prezident İlham Əliyevə və Əfv komissiyasına müraciət edib. Müraciət “Kanal 13” İnternet televizyasının icraçı direktoru və Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun üzv təşkilatı olan Qafqaz Media Tədqiqatları Mərkəzinin İdarə Heyətinin üzvü Əziz Orucovun növbəti əfv sərəncamı ilə cəzasının çəkilməmiş hissəsini çəkməkdən azad edilməsi barədə olub.

  • Əziz Orucov 2017-c il mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, ona məhkəmə 30 sutka inzibati həbs cəzası verib. İyunun 1-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində jurnalistə qarşı Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.
  • 2017-ci il dekabrın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü Əziz Orucov 6 il müddətinə azadlıqdan məhrum edilib.