Astarada saxlanılan şəxs rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində intihar edib. 1988-ci il təvəllüdlü Bəhram İmamverdiyev kamerada özünü asıb.
APA xəbər verir ki, faktla bağlı Astara rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.
Bəhram İmamverdiyev narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək tutulub.