Azərbaycan prezidenti İlham Əliyev bir sıra təqaüdlərin artırılması ilə bağlı sərəncamlar imzalayıb. Sərəncamlarda müharibə əlillərinə verilən “Prezident təqaüdü”, şəhid ailələrinə verilən “prezident təqaüdü” və 20 yanvar hadisələrində əlil olmuş şəxslərə verilən “prezident təqaüdü”nün hər birinin 10 faiz artırılması nəzərdə tutulur.
Artım martın 1-dən qüvvəyə minəcək.