Avropada mühacir olan daha bir fəalın qardaşı saxlanılıb. Bu barədə mühacir fəal Əli Oğuz “Facebook” profilində yazıb.
Mikroskop-a danışan fəal deyib ki, Bayıl qəsəbəsində polislər onun qardaşı Elşad Həsənəliyevi evindən zorla aparıb. Hara aparılması ilə bağlı məlumat yoxdur.
Əli Oğuzun dediyinə görə ailəsinə edilən təzyiqin səbəbi onun Almaniyada siyasi məhbusların azadlığını tələb edən aksiyalarda iştirakı və aksiyanın videosunu “Facebook” sosial şəbəkəsində paylaşması olub.
https://www.facebook.com/photo.php?fbid=10213178322745471&set=a.10205265588252054.1073741832.1017365183&type=3&theater