Şənbə, 17 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Baş prokuror Zakir Qaralov ukraynalı həmkarından Fikrət Hüseynlini istəyir

21 Fevral 2018
A A
Baş prokuror Zakir Qaralov ukraynalı həmkarından Fikrət Hüseynlini istəyir

Foto: humanrights.org.ua

Azərbaycan baş prokuroru Zakir Qaralav ukraynalı həmkarına “Turan” televiziyasının əməkdaşı Fikrət Hüseynlinin ekstradisiyası ilə bağlı məktub yazıb. Niderland vətəndaşlığı almış F.Hüseynli barədə yazılan məktubun surəti Ukraynanın İnsan Hüquqları haqqında İnformasiya Mərkəzi nəşrinin əlində var.

2018-ci il yanvarın 12-də yazılan məktubda Zakir Qaralov deyir:

“Onun təhvil verilməsi haqqında qərar qəbul edilməsinin gecikdirilməsi bizdə narahatlıq hissi doğurur, belə ki, o və onun “müdafiəçiləri” ədalətli mühakimədən yayınmaq üçün hər cür tədbirə əl atırlar. Bundan başqa, həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda onun aldatdığı, fırıldaqçı əməllərindən zərər çəkmiş insanların hüquqları pozulur”.

Baş prokuror həmkarına bildirir ki, Fikrət Hüseynlinin Ukraynaya ölkədə sabitliyi pozmaq üçün gəldiyi və mitinqlərdə və Ukraynanın milli maraqlarına zidd olan digər siyasi tədbirlərdə iştirak etdiyi “səhih faktlarla müəyyən edilib”.

Amma onun məhz hansı dinc mitinqlərdə iştirak etdiyi dəqiq qeyd olunmayıb. Məktuba qoşmada o, Fikrət Hüseynli və Saakaşvilinin birgə ağ-qara şəklini də əlavə edib. Digər əlavə isə “Komsomolskaya pravda”dan “feyklərin ortaya çıxması üçün Azərbaycan hakimiyyəti ilə əməkdaşlıq edən haqqin.az” nəşrinə” istinad olunan materialdır.


Baş prokuror həm də gileylənir ki, F.Hüseynlinin Ukrayna XİN vasitəsilə ekstradisiyası məsələsinə baxılması prosesinə qərb ölkələrinin səfirliklərinin bir sıra məmurları müdaxilə edir. Hansı ölkədən söhbət getdiyi isə yenə də dəqiq qeyd olunmur.
İnsan Hüquqları haqqında İnformasiya Mərkəzi bildirir ki, fevralın 19-da Kiyevin Peçerski rayon məhkəməsi ikinci dəfə Fikrət Hüseynlinin işi üzrə iclası təxirə salıb.

  • Fikrət Hüseynli Azərbaycanda müxalif “Azadlıq” qəzetinin əməkdaşı olub.
  • 2006-cı ilin martında Bakının Badamdar qəsəbəsində maskalı naməlum şəxslər onu oğurlayıblar və döyüblər, nəticədə o, ağır bədən xəsarətləri, o cümlədən bıçaq yaraları alıb. 2008-ci il mayın 8-də jurnalist Azərbaycandan mühacirət edib. O, Niderlandda qaçqın statusu alıb və hazırda bu ölkənin vətəndaşıdır.
  • 2017-ci il oktyabrın 14-də Ukrayna sərhədçiləri Azərbaycanın sorğusu əsasında Hüseynlini “Borispol” aeroportunda saxlayıblar. O, Kiyevə “Turan TV” peyk telekanalının filialını açmaq üçün gəlmişdi.
“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia