Çərşənbə axşamı, 27 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

İqtisadiyyata xeyirli olan nədir; kazinoların olmağı, yoxsa olmamağı?

21 Fevral 2018
A A
İqtisadiyyata xeyirli olan nədir; kazinoların olmağı, yoxsa olmamağı?

Mütəmadi olaraq ölkənin müxtəlif yerlərində hər hansısa kazinonun fəaliyyəti aşkarlanıb, qarşısı alınır. Ona görə ki, artıq 20 ildir Azərbaycanda kazinoların, totalizatorların, pul uduşlu oyunlar keçirilən obyektlərin və əyləncə yerlərinin fəaliyyəti qadağandır.


Qumar tipli oyunlardan yalnız idman mərc oyunları Azərbaycanda leqaldır. Bu barədə Nazirlər Kabineti 2010-cu ildə “Bədən tərbiyəsi və idman haqqında” Qanuna dəyişiklik edib və bu dəyişikliyə əsasən hüquqi şəxslərə belə oyunların təşkili icazəsi verilib.

2010-cu il avqustun 20-də imzalanan dəyişiklikdə idman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə hüquqi şəxsin akkreditasiya olunması qaydaları da yer alıb.

Amma kazinolarla bağlı qərar hələ ki, dəyişməyib. Cinayət Məcəlləsində də bu tipli məkanların təşkil edilməsi və saxlanması barədə maddə də var. 244-1. Nömrəli maddədə qeyd olunur ki, qumarxana, yəni qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmə, və ya saxlamada təqsirli bilinən şəxs on min manatdan on beş min manatadək miqdarda cərimə olunur. Yaxud da iki ilədək müddətə islah işləri, və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qumar oyunları nə vaxt və niyə qadağan olunub?

Ölkədə kazinoların, totalizatorların, pul uduşlu oyunlar keçirilən obyektlərin və əyləncə yerlərinin fəaliyyətləri mərhum prezident Heydər Əliyevin “Azərbaycan Respublikasında iqtisadi cinayətkarlığa qarşı mübarizə sahəsində bəzi tədbirlər haqqında” Sərəncamı ilə qadağan olunub. 1998-ci il yanvarın 27-də imzalanan sərəncamda qeyd olunur ki, bu tip məkanlar Azərbaycan xalqının adət-ənənnlərinə zidd olan əxlaqi keyfiyyət aşılayır.

Sərəncamda kazinoların qadağan olunması ilə bağlı qeyd olunan digər əsaslar:

  • Xalqın mənəviyyatına mənfir təsir göstərir
  • Tarixi adət-ənənələrə zidddir
  • Bu fəaliyyət növləri Azərbaycan iqtisadiyyatına ziyan vurur
  • Qeyri-qanuni yollarla əldə edilmiş pulların leqallaşdırılmasına və digər cinayətlərə şərait yaradır
  • Gənc nəslin tərbiyəsinə, mənəvi aləminin pozulmasına mənfi təsir göstərir

Kazinolar olsun, yoxsa olmasın?

Kazinoların iqtisadiyyata zərər vurması məsələsi isə mübahisəlidir. İqtisadçı Natiq Cəfərli deyir ki, ümumiyyətlə dünya ölkələrinin tarixi göstərir ki, kazinoların inzibati yolla qadağan olunması adətən müsbət effekt vermir. İstənilən halda ya gizli fəaliyyət göstərən kazinolar açılır, ya da ölkə əhaləsi bu “həvəsi”ni öldürmək üçün kazinoların qadağan olunmadığı ölkələrə üz tutur.

Azərbaycanda dəfələrlə xırda, qeyri-qanuni kazinolar aşkar olunub, bağlanıb, amma yerində yeniləri yaranıb. Ya da əhalinin əksər hissəsi bu məqsədlə qonşu Gürcüstana səfər edib. Bu da Azərbaycandan kənara vəsaitin çıxmasına, həm də getdikləri ölkənin iqtisadiyyatına yardımçı olur.

Gürcüstan təkcə Azərbaycandan yox, eyni zamanda Türkiyə, Rusiya və Ukraynadan gələn qumar həvəskarları üçün də əlverişli yer sayılır. Bu ölkədə kazinolar birbaşa, yaxud da dolayı yolla, yəni turistlərin cəlb edilməsi vasitəsilə ölkə iqtisadiyyatına təxminən 1 milyard dollara pul qazandırır.

Bu faktı vurğulayan iqtisadçı təklif edir ki, tənzimlənən qaydada Azərbaycanda da ən azı 1-2 bölgədə kazinoların fəaliyyətinə icazə vermək olar:

Qəbələ, yaxud da onun kimi turistik bölgələrdə kazinolar yaradıla bilər. Bu, həm yeni iş yerlərinin yaranması, həm ölkəyə turistlərin cəlb olunması, həm də dövlət büdcəsinə əlavə gəlirin təşkil olunmasına imkan verər.

İki il əvvəl millət vəkili Qüdrət Həsənquliyev də Milli Məclisdə təklif edib ki, ölkəyə turist və əlavə gəlir cəlb olunması üçün kazinolar yaradıla bilər. Kazinoların yerli əhali üçün qadağan, əcnəbilər üçün açıq olması varinatını təklif edən parlamentari vurğulayıb ki, bu, ölkəyə xeyli gəlir gətirə bilər.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia