Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşviliyə 2021-ci ilə qədər Ukraynaya daxil olmaq qadağan edilib.
APA-nın məlumatına görə, bu barədə Ukraynanın Sərhəd Xidməti qərar qəbul edib. Xidmətdən bildiriblər ki, fevralın 12-də məhkəmə qərarları ilə Ukraynada qanunsuz yaşayan M.Saakaşvili readmissiya olunub. M. Saakaşvilinin vəkili bu qərarı qanunsuz hesab edərək şikayət veriləcəyini bildirib.