Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakının Xətai rayonunda yerləşən bağçalardan birinin müdiri İlahə Ziyadova rüşvət almaqda ittiham edilərək 8 il 6 ay həbs cəzası verilib.
İ.Ziyadovanın 4-yaşlı övladı olduğu üçün hökmün icrası 10 il sonraya təxirə salınıb. Məhkəmə qərar verib ki, uşaq 14 yaşına çatandan sonra hökm icra olunsun.
İstintaq və məhkəmə dövründə təqsirləndirilən bağça müdirinin barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçilib. Hökmün icrası təxirə salındığından bu qətimkan tədbiri də qüvvədə saxlanılıb.