Prezident İlham Əliyev Ağsaqqallar Şuraslnın sədri Fəttah Heydərova “İstiqlal” ordeni verib. Prezidentin rəsmi saytının yaydığı məlumata görə, mükafat bu gün Milli Məclisin deputatı F.Heydərova təqdim edilib.
Fəttah Heydərovun sabah 80 yaşı olacaq. O, 1983-cü ildən Naxçıvanın Mədəniyyət naziri işləyib. 1990-1995–ci illərdə Naxçıvan Ali Sovetinin deputatı olub.
- Hazırda Milli Məclisin reginal məsələlər komitəsinin sədr müavini olan Fəttah Heydərov parlamentin bütün çağırışlarında deputat seçilib.
- O, Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun atasıdır.
- Fəttah Heydərov sədrlik etdiyi Ağsaqqallar Şurasının fevralın 13-də keçirilən toplantısnda İlham Əliyevin namizədliyini dəstəklədiyini bəyan edib.