Prezident təqaüdçüləri martın 1-dən etibarən 1450 manat alacaq. Ölkə başçısı İlham Əliyevin bu gün Prezidentin fərdi təqaüdünün məbləğinin artırılması və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” 2002-ci il 11 iyun tarixli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmana görə, əvvəllər 1300 manat olan təqaüdün miqdarı 150 manat artırılıb.