Bazar, 18 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Özbəkistanda siyasi məhbus 12 il sonra azadlığa çıxıb

23 Fevral 2018
A A
Özbəkistanda siyasi məhbus 12 il sonra azadlığa çıxıb

Foto: AzadlıqRadiosu

Özbəkistanda 2005-ci ildə həbs olunan müxalif siyasətçi İsroiljon Xoldorov azadlığa buraxılıb. İnsan haqları fəalı kimi də fəaliyyət göstərən siyasətçi Əndican qətliamı ilə bağlı həbs edilib.

İnsan haqları müdafiəçisi Saidjahon Zaynobiddinov AzadlıqRadiosuna deyib ki, Xoldorov fevralın 21-də azad edilib və hazırda doğma Əndicanda ailəsi ilə birlikdədir.

Müxalif Erk (Azadlıq) partiyasının Əndican şöbəsinin rəhbəri olmuş Xoldorov 2005-ci ilin 13 mayında Əndicanda baş vermiş qanlı hadisənin əsas informasiya mənbəyi idi. O vaxt təhlükəsizlik qüvvələri dinc antihökumət mitinqini gülləbaran edərək yüzlərlə insanı öldürmüşdülər.

Qətliam baş verəndə artıq bir neçə gün idi ki, Əndicanda 23 iş adamının həbsi ilə bağlı etiraz aksiyası keçirilirdi. Keçmiş prezident İslam Karimovun hökuməti sözü gedən biznesmenləri İslam ekstremisti olmaqda ittiham edirdi. Lakin nümayişçilər onların siyasi baxışlarına görə təqib olunduqlarını deyirdilər.

Hakimiyyət Əndican hadisələrində 187 nəfərin həlak olduğunu, bunların da əksəriyyətinin terrorçular olduqlarını və ya terrorçular tərəfindən öldürüldüklərini bildirirdi. Qətliam geniş beynəlxalq hiddətə səbəb olmuş və Avropa İttifaqının Özbəkistana qarşı sanksiyaları ilə nəticələnmişdi. Sanksilayar sonradan yumşaldılmışdı.

2006-cı ildə həbs edilən Xoldorov konstitusiya quruluşuina qarşı fəaliyyətdə və sərhədi qanunsuz keçməkdə ittiham edilmişdi. O həmin vaxt 6 il müddətinə azadlıqdan məhrum edilsə də, sonradan həbsdəykən cəza müddəti iki dəfə uzadılmışdı.

Fevralın 21-də azad olunduqdan sonra Xoldorov prezident Şavkat Mirziyoyevə, habelə yerli və beynəlxalq insan haqları təşkilatlarına təşəkkürünü bildirib.

Prezident Mirziyoyev hakimiyyətə gəldikdən sonra qısa müddətdə əvvəllər siyasi motivlərlə məhbus edilmiş bir sıra ictimai xadimi, jurnalisti və siyasətçini həbsxanadan azad edib.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia