Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş İlham Əliyevin namizədliyinin qeydə alınması məsələsinə baxılıb.
MSK hazırki prezident İlham Əliyevin namizədliyini qeyd alıb.
900 imza vərəqində təqdim edilən 45 min imzadan 42 min imza yoxlanılıb və etibarlı sayılıb. Seçki Məcəlləsinə əsasən 42 min etibarlı imza İlham Əliyevin namizədliyinin qeydə alınması üçün yetərli olduğundan yoxlama prosesi dayandırılıb.
- Azərbaycanda prezident seçkiləri bu ilin 11 aprelində növbədən kənar keçiriləcək.
- İlham Əliyevin namizədliyi YAP-ın 2018-ci il fevral ayının 8-də keçirilmiş VI qurultayında təklif edilib və yekdiliklə qəbul edilib.
- Bu, İlham Əliyevin 4-cü namizədliyidir. Qalib gəldiyi təqdirdə daha 7 il Azərbaycanı idarə edəcək.