“Azərbaycan diasporu vətənindən qaçıb, gedib xaricdə dövlətini, onun atributlarını təhqir edənlərlə ciddi mübarizə aparmalıdır”.
Bu fikirləri xalq şairi Sabir Rüstəmxanlı səsləndirib. APA-nın məlumatına görə, Avropa Azərbaycanlıları Konqresinin Amsterdamda keçirilən növbədənkənar qurultayında çıxışı zamanı şair deyib ki, Azərbaycandan xaricə gedib müxalif fikirlərini təhqirlə ifadə edənlər öz kökünə hörmətsizlik edir:“Diaspor işinə diplomatların da dəstək verməsi, diqqət göstərməsi çox vacibdir”.