Cümə, 19 İyun 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Model, Mafiya və qətllər – öldürülən jurnalistin araşdırması

01 Mart 2018
A A
Model, Mafiya və qətllər – öldürülən jurnalistin araşdırması

Foto: Michal Smrcok

27 yaşlı jurnalist Jan Kuciak və onunla həmyaşıd sevgilisi Marina Kusnirovanın cəsədi tapılanda Slovak jurnalistlər şokda idi. Slovakiyadakı siyasətçilər buna görə sərt tənqid olunsa da indiyə qədər ölkə tarixində heç kim jurnalist fəaliyyətinə görə öldürülməyib.

Polisin açıqlamasına görə, jurnalist və sevgilisinin hər biri cəmi 1 güllə ilə və peşəkar atıcı tərəfindən öldürülüb və onların öldürülməsi Kuciakın yazılarından birinə görə əvəz çıxmaqdır.

Mikroskop Media OCCRP-nin dərc etdiyi araşdırmanın birinci hissəsinin tərcüməsini təqdim edir.

Kuciak Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Təşkilatı (OCCRP), Araşdırma Jurnalistikası Çexiya Mərkəzi (CCIJ) və İtaliya Araşdırma Reportyorluğu Layihəsi (IRPI) ilə çox təhlükəli bir şeyə çeviriləcək layihə üzərində işləyirdi; dünyanın ən təhlükəli kriminal qruplaşmalarından sayılan Ndrangheta mafiyasının Slovakiyaya sızmağı haqqında yazırdı.

“Bu mafiya Avropanın kokain bazarında dominantlıq edir və eyni zamanda başqa bir çox kriminal sahələrdə də fəaliyyət göstərir, bura silah ticarəti, fırıldaqçılıq, tenderlərin saxtalaşdırılması, korrupsiya, təhdid və ekoloji cinayətlər daxildir”. Bunu “Europol İtaliya Mütəşəkkil Cinayətkarlıq Təhdid”i 2013-cü ilin iyununda dərc edib.

Kuciak və kolleqalarının yazı üzərində işləri hələ tam bitmədiyindən OCCRP və jurnalistin çalışdığı media orqanı Aktuality.sk onu hələ dərc etməyib. Öldürüldüyü vaxt o, İtaliya polisinin çox təhlükəli hesab elədiyi adamdan məlumat toplayırdı.

Ancaq onun ölümündən sonra jurnalistin topladığı informasiya sızdırılıb. OCCRP və Aktuality.sk yazı üzərində işləyən jurnalistlərin təhlükəsini minimuma endirmək üçün yazıya aid məlumatları səliqəyə salıb yazını dərc etməyə hazırlaşır.

Araşdırmanın birinci hissəsi

Kuçak və onun həmkarları öz araşdırmalarına 27 yaşlı Maria Troskovanın Slovakiyanın baş naziri Robert Fikonun köməkçisi kimi təyin olunmasını araşdırmaqla başlayıb. Fiko heç bir siyasi təcrübəsi olmamağına baxmayaraq “Kainat gözəli” yarışmasının iştirakçısı və top modeli işə götürüb.

Foto: Aktuality.sk

Mətbuat xidməti M.Troskovanın hökumətdəki əsas işinin nədən ibarət olduğunu deməkdən imtina edib.

Bu faktı araşdıranda jurnalistlər daha böyük bir şeyin üstünü açıb. Aydın olub ki, Troskova 42 yaşlı italyan Antonino Vadalanın biznes partnyoru olub və həmin şəxs Slovakiyada yaşayır, ölkənin şərqində yerləşən kənd təsərrüfatı şirkəti şəbəkəsinin sahibidir.

20 yaşlarında Troskova Vadala ilə birlikdə GIA Management adlanan və iri miqyaslı biznes şəbəkəsi olan – bura daşınmaz əmlak, tikinti, qablaşdırma və fotoqrafiya daxildir – Slovak şirkətinin həmtəsisçisi olurlar. Cəmi 1 il sonra Troskova şirkəti tərk edir.

Troskova biznes dünyasında fəaliyyətinə Markiza televiziyasının sahiblərindən biri və keçmiş siyasətçi Pavol Ruskonun köməkçisi kimi başlayıb. 1990-cı illərdə Rusko öz biznes partnyorunu öldürmək üçün sui-qəsdçi tutduğu iddiası ilə saxlanılır , bu da onun işlərini çətinləşdirir.

Troskova Slovakiya parlamentinin hakim Smer-SD partiyasından olan keçmiş deputatı, hazırda Təhlükəsizlik Şurasının katibi olan Vilyam Jasanla tanış olanda hələ GIA Management şirkətində işləyirdi.

Bu vaxt Troskova partiyanın lideri baş nazir Robert Fikoya təqdim edilir və işə götürülür.

Vadala isə sadəcə olaraq təşəbbüskar immiqrant deyil.

2017-ci ilin martında İtaliyanın Kalabriya regionun Antimafia prokurorluğu idarəsi Maliyyə Mühafizəsi İdarəsinin anti-narkotik şöbəsi ilə birlikdə uzun müddət davam edən istintaq nəticəsində bir neçə nəfəri həbs edib.

“Cerri” kod adlı polis (narkotik satışı vasitəçiləri ilə bu adla yazışırdı) Latın Amerikadan İtaliyaya qədər Ndrangheta ailəsinin narkotik traffikini araşdırıb.

Foto: Aktuality.sk

Hələ də davam edən istintaqda məlum olub ki, Antonino Vadala kartel üçün potensial narkotik ötürücüsü adlandırılıb və o, həbs olunmuşları əvəz edə bilər.

Ancaq Antonino Vadalanın qrupla əlaqəsini reportyorlar daha da dərinə gedərək aşkara çıxarıb.

Bu, Vadalanın doğma yeri olan və İtaliya çəkməsinin (ölkənin dünya xəritəsindəki görünüşü) barmaq ucundakı nöqtədə başlayıb. Bura biznesmenin Slovakiyaya köçmədən əvvəl ailə üzvləri ilə birlikdə həyatının ilk illərini yaşadığı yerdir.

Ancaq bu şəhər təkcə gözəlliyinə görə tanınmır. Məhkəmə qeydlərinə görə, bura həm də Vadala klanının və kokain ticarəti yoxlaması zamanı 25 nəfərin ölümünə görə məsuliyyət daşıyan, pis ad çıxarmış Ndrangheta ailəsinin də ana vətənidir.

Bu klan Antonino Vadala ilə heç bir qohumluq əlaqəsi olmayan Dominiko Vadala tərəfindən idarə olunur.

İtaliya polisinin onunla ilk əlaqəsi Ndrangheta ailəsi ilə birlikdə qanun qaçağı və başqa klandan olan Libri-Zindatonu gizlətməsi zamanı, 16 il əvvəl olub. (Kənardan təkcə bir cinayətkar qruplaşma kimi görünsə də Ndrangheta əslində ölkənin cənubunda geniş yayılmış klanlar şəbəkəsidir)

2001-ci ildə polis Antonino Vadala ilə Françesko Zindato adlanan boss Libri-Zindato arasında telefon danışığına qulaq asıb və sonradan qatil olduğu aşkarlanan iki nəfəri həbs edib ki, onlar narkotik satışı ilə məşğul olan şəxsi Vadalanın Bova Marinadakı evində necə gizlətməyi müzakirə edirdilər.

Daha sonra Vadala ilə birlikdə narkotik qaçaqmalçılığı, oğurluq, qanunsuz silah saxlamaq cinayətləri ilə təqsirli bilinən 12 nəfərin həbs olunması barədə qərar çıxarılır.

Onlardan bəzisi saxlanılıb, cinayətləri sübuta yetirilib həbs edildi. Amma artıq Slovakiyaya qaçmış olan Vadala həbsdən xilas ola bildi və onun əleyhinə olan cinayət işinə bir müddət sonra xitam verildi.

Foto: AFP

Qaçaq Vadalaya gizlənməkdə Domeniko “Miko” Ventura adlı narkotik qaçaqmalçısı kömək edib. Polis Ndrangheta ilə bağlı istintaqın tərkib hissəsi kimi qaçıb Bova Marinada gizlənən Domenikonu həbs edib.

Bir neçə il sonra Ventura Karabinyeri polisinə 2012-ci ildə sızdırılmış video ilə məşhur oldu. Həmin videoda onun başqa klanın üzvünə şəhər kənarındakı bir evdə soyuqqanlı şəkildə atəş açdığı görünürdü. Onun seçdiyi silah – ov tüfənginin bir növü olan lupara – əsasən mafiya üzvlərinin seçdiyi silahdır. O, ömürlük həbsə məhkum edilib.

Polisin istintaqının tərkib hissəsi olan digər telefon danışığı yazısında isə Vadala Zindatodan xahiş edir ki, klana ziyan vurmuş adamı cəzalandırmaq üçün etibar etdiyi iki adamı ilə birlikdə Romaya getsin.

Hakim yazır: “Aydındır ki, bosslarının əmri ilə bu cəzalandırmada iştirak edən şəxslərin klanın fəaliyyəti və maraqları ilə güclü bağlılığı var. Telefon danışığı yazısında bu cəzalandırma səfərinin həqiqətən baş tutub-tutmadığı qeyd olunmayıb.

Reportyorlar hələ də Vadala, eləcə də Troskovanın buradakı rolu, Vadala ilə baş nazir arasındakı əlaqə ilə bağlı əlavə informasiya toplayır.

Noyabr ayında jurnalistlər bu yazı ilə bağlı Vadala ilə əlaqə saxlasa da o, bunu şərh etməyib.

cover fotosu: Michal Smrcok

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?
Detallı

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?

16 İyun 2026
Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü
535.1

Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü

16 İyun 2026
“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia