Cümə axşamı, 22 May 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Seymur Həzinin məhkəmədə haqqında danışdığı yazı – Libermanın Bakı səfərinin şərhi

01 Mart 2019
A A
Seymur Həzinin məhkəmədə haqqında danışdığı yazı – Libermanın Bakı səfərinin şərhi

İlham Əliyev və Aviqdor Liberman. Foto: vikipediya. İllutrasiya: mikroskop media

Libermanın Azərbaycana səfərində rəsmi Bakının Tehran-Təl-Əviv diplomatiyası böhran və hesabat günlərini yaşayır.

İsrailin xarici işlər naziri Aviqdor Libermanın Azərbaycana səfəri davam edir. Bu səfər ərəfəsində baş verənləri gözdən keçirsək, deyə bilərik ki, bu gəliş özündən əvvəlkilərlə heç cür müqayisə oluna bilməz. Söhbət həm Azərbaycan hakimiyyətinin apardığı regional siyasətdən, həm də İsraildən rəsmi Bakıya ünvanlanan formal və ya qeyri-formal mesajlardan gedir. Bu mənada, İsrail XİN şefinin səfəri demək olar ki, Azərbaycan üçün sözün birbaşa mənasında böhran mahiyyətlidir.

Bəzi ekspertlər hesab edirlər ki, bu səfər daha çox ABŞ-Azərbaycan münasibətləri kontekstində diqqəti çəkəcək. Amma bu tezisin ümumiyyətlə, tənqidə dözümsüz olduğunu bir əsasla demək olar. Söhbət ondan gedir ki, artıq uzun müddətdir təkcə Iran və Əfqanıstan siyasətində deyil, elə Yaxın Şərq, xüsusilə Qəzza siyasətində də ABŞ-Israil münasibətləri birmənalı deyil. Bu baxımdan, biz regionda öz nüfuzunu qorumaq savaşı verən Təl-Əvivdən danışırıq. Çünki Iran rəsmi Bakı ilə son təmaslarında xüsusi bəyanatlarla çıxış edib ki, onun da hər biri ayrı-ayrılıqda, həmçinin hamısı ümumilikdə bu və ya başqa formada Israili hədəfləyib.

Beləliklə, biz bu maraqlı səfəri Iran-Azərbaycan, Iran- Israil, Israil-Azərbaycan münasibətləri kontekstində şərh etməyə çalışacağıq.

Tehran revanş edir, ya şantaj?

Ilham Əliyevin Irana səfəri iki mühüm olayla yadda qaldı. Birincisi, Iranda Azərbaycan rəhbəri öz tərcüməçisindən istifadə edə bilmədi və onun dedikləri təhrif edildi. Məsələn, Ilham Əliyev “biz Azərbaycanın ərəzi bütövlüyü məsələsində Iranın dəstəyinə ümid edirik” dedi. Tərcüməçi isə bunu “Iranın himayəsinə ümid edirik” kimi tərcümə etdi. Ilham Əliyev “Xocalıda azərbaycanlılara soyqırım ediblər” dedi. Tərcüməçi isə bunu “Ermənilər bizə zülm ediblər” kimi tərcümə etdi. Bu xatırlatmaları ona görə edirəm ki, münasibətlərin mənzərəsi daha aydın olsun.

Ikinci, məhz bu səfərdən dərhal sonra Iranın Azərbaycandakı səfiri mediaya müsahibəsində dedi ki, Azərbaycan və Iran üçüncü tərəfə qarşı razılıq əldə edib. Burada üçüncü tərəf sözsüz ki, ya ABŞ, ya da Israildir. ABŞ-la Iran arasındakı son yumşalmanı nəzərə alsaq, söhbətin Israildən getdiyini müəyyən edə bilərik. Iranın bu açıqlaması ya bölgədə revanşın anonsudur, ya da Azərbaycan hökumətini ifşa və şantaj edir. Əgər belə olmasaydı, Iran Azərbaycanı özü üçün strateji əhəmiyyətli dövlət saysaydı, onunla olan bu cür mühüm razılaşmanı açıqlamazdı. Bu açıqlamanın məqsədi sözsüz ki, Əliyevi çətin vəziyyətdə qoymaqdır. Deməli, Iran heç də hazırkı siyasi kombinasiyada konstruktiv element sayıla bilməz.

Suriyada anlaşan düşmənlər

Bunun rəsmi və ya qeyri-rəsmi bir anlaşma olduğunu demək çətindir. Amma fakt ortadadır ki, Suriyada proseslərin uzanması eyni zamanda, Israilin və Iranın maraqlarına cavab verir. Iran düşünür ki, Suriya kənar meydança kimi, Qərbin aqressiyasını xərcləyəcəyi yerdir. Bununla da Irana qarşı hərbi müdaxilə məsələsi nəinki uzun müddətə gündəmdən çıxır, üstəlik, bu uzanma Vaşinqtonu məcbur edir ki, Tehranla dil tapsın. Çünki uzun müddət regionda hamı ilə düşmən olmaq çətin məsələdir.

Israil isə düşünür ki, Suriyadakı qarşıdurma onun maraqlarını ikiqat təmin edir. Birincisi, elə Əsədlə mübarizədə Qərb üçün regionda əhəmiyyətli müttəfiqlərdən biri Israil sayılır. Bu mənada, hazırda bir çox sahələrdə Qərbdən imtiyazlar əldə etmək şansı qazanır. Digər tərəfdən də Suriya məsələsinin uzanması o deməkdir ki, hələ Iranla qarşıdurma olmayacaq. Nə qədər ki, Iran var, Israil də öz strateji əhəmiyyətini saxlayacaq. Amma bu, o demək deyil ki, Israil Suriya məsələsində Iranla ortaqlaşan maraqlarına Azərbaycandakı maraqlarını da qurban verə bilər.

Bakı kimdən nə soruşacaq?

Azərbaycan hökuməti uzun illərdir Israillə müttəfiqliyin arxayınçılığını yaşayırdı. Bir çox hallarda işğal olunmuş ərzilərdə hansısa operativ dəyişikliyin baş verməsinə dair xəbərləri də Israil xüsusi xidmət orqanlarından əldə etdiyi sirr deyildi. Liberman bu səfərində özünü ağayana aparsa da, status-kvonun dəyişikliyə uğradığı şübhəsizdir. Onun “Mən Azərbaycana gələndə hesab edirəm ki, öz evimə gəlirəm” deməsi də vəziyyətin pis olmadığına dair sübut gətirmək cəhdi idi. Görünür, Israil hələ də özü üçün Azərbaycanı itirilmiş müttəfiq saymır. Buna görə də Irana yerini göstərir. Irandan fərqli olaraq, Bakını zərbə altında qoyan açıqlama vermir və sadəcə, mesajını Tehrana ünvanlayır.

Bakı isə hələ ki, seyr edir. Çünki şərait olduqca mürəkkəbdir. Əlbəttə, indi heç kim Azərbaycandan Irana qarşı aqressiv addımlar tələb etməz və bu, məntiqli də görünməz. Amma Bakının susqunluğu da onu deyir ki, Azərbaycan rəhbəri Tehranda çox irəli gedib…

Dönməlimi, həm də hardan?

Indi gəlirik o məqama ki, Azərbaycan Israil-Iran dilemmasında qalıb. Və buradakı aktiv diplomatik vəziyyət bizim xeyrimizə deyil. Əliyevlər balansdan imtina etdiklərini dedilər, amma görünür, istiqaməti səhv seçiblər. Siyasət heç zaman kəskin uclarda qərar tutmaq deyil. Bu mənada, hətta Türkiyə-Israil münasibətlərindəki gərginliyə baxmayaraq, Azərbaycan Təl-Əvivlə münasibətlərə həssas yanaşmalı idi. Çünki Türkiyə də bir dövlət kimi anlayır ki, bu regionda bizim üçün hansı təhdidlər var və bunun qarşılığında Israillə münasibətlər qaydasında olmalıdır. Hazırda isə əvvəlki status-kvoya qayıtmaq xeyli riskli görünür. Amma indiki siyasi xətt də sağlam deyil. Rəsmi Bakı onu şantaj etməklə yanında saxlamaq istəyən Tehranla nə vaxta qədər birgə addımlaya bilər?

Əlbəttə, Azərbaycandakı sabitlikdə maraqlı olan bütün qurum və dövlətlər istəyər ki, Iran-Azərbaycan münasibətləri qaydasında olsun. Amma bu, o demək deyil ki, onlar həm də Azərbaycanın Iranın yanında olmasına razı olarlar. Bu, bir tərəfdən qapalı sistemin əhatəsinin genişlənməsi, başqa tərəfdən isə demokratik dünyanın geri çəkilməsi olar. Libermanın isə Prezident Administrasiyası, Xarici Işlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi kimi qurumlarda görüşlər keçirməsi vəziyyəti xırdalıqları ilə müzakirə etdiyinə işarədir. Nəticəni isə biz çox gözləməli olmayacağıq. Hər halda, siyasət çox sürətlənib.

Yazı 1 May 2014-cü ildə yayımlanıb

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025
Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA
Araşdırma

Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA

10 Mart 2025
Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar
Detallı

Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar

18 Noyabr 2024
Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya
Detallı

Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya

12 Noyabr 2024
Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib
Detallı

Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib

11 Noyabr 2024
Ərkivan qəsəbəsində sakinlər evlərinin yanında tır parkı salınmasından narazıdır
Xəbər

Ərkivan qəsəbəsində sakinlər evlərinin yanında tır parkı salınmasından narazıdır

09 Noyabr 2024

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia