Amerika Birləşmiş Ştatlarının Ankaradakı səfirliyi martın 5-də fəaliyyətini dayandıracaq. Bu addımın təhlükəsizlik məqsədi ilə atıldığı bildirilir.
“Report” xəbər verir ki, bu barədə Amerika diplomatik nümayəndəliyi bəyanat yayıb.
Bəyanatda deyilir:
Ankaradakı səfirlik ABŞ vətəndaşlarını martın 5-də təhlükəsizlik təhdidləri ilə əlaqədar işləməyəcəyi barədə məlumatlandırır. Səfirlik fəaliyyətinin bərpa olunduğunu sonradan elan edəcək. Bildirilir ki, diplomatik missiya işləmədiyi müddətdə yalnız fövqəladə vəziyyətlərdə köməklik göstərəcək.