2016-cı illə müqayisədə 2017-ci ildə Azərbaycana gələn xarici turistlərin sayı 447972 (19,9 faiz) nəfər artaraq, 2696745 nəfər olub ki, bu da indiyə qədər müşahidə olunan ən yüksək göstəricidir. Nazirlər Kabinetinin 2017-ci ildəki fəaliyyəti haqqında hesabatda belə qeyd olunub.
Hesabat dövründə ölkədə fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli yerləşdirmə vasitələrinin sayı 563-ə, turizm və turizmə uyğun sahələrdə çalışan işçilərin sayı isə 43477-yə çatıb.

cover fotosu: İllustrasiya – Mohamed Hassan / pixabay