Bakıda işlədiyi şirkətdən maaş ala bilməyən sürücü Bəhruz Feyruz oğlu Zeynalov özünü benzin tökərək yandırıb. Bədəninin bir hissəsi yanan sürücü Respublika Yanıq Mərkəzinə yerləşdirilib.
Mərkəzin baş həkimi Şöhrət Məmmədov ölkə.az-a açıqlamasında bildirib ki, sürücünün vaxtında xəstəxanaya çatıdırlması onun həyatını xilas edib:
“Əsasən boyun, burun və əl nahiyyələri yanıb. Lazımi yardımlar göstərilir, hazırda vəziyyəti stabildir”.
İlkin dindirmələr zamanı sürücü Bəhruz Zeynalov işlədiyi “Elat” MMC-dən 2 aylıq maaşını ala bilmədiyinə görə özünü yandırdığını bildirib.
Faktla bağlı Xətai RPİ-nin 37-ci Polis Bölməsində təhqiqat araşdırmalarına başlanılıb.