Bir neçə gün əvvəl Milli Şuranın müxalifətə birgə çağırış bəyanatına Respublikaçı Alternativ hərəkatı cavab verib. Hərəkat mitinqlərdə təşkilatçılardan biri kimi iştirak etməyəcəyini bəyan edib. Bununla yanaşı üzvlərin kütləvi tədbirlərdə iştirakı onların öz qərarına buraxılır.
“Amerikanın səsi”nin yaydığı məlumata görə, RAEL bildirir ki, sərbəst toplaşmaq hüququ xalqın, vətəndaşların fundamental, konstitusiyada təsbit olunmuş hüquqlarından biridir.
- Azərbaycanda prezident seçkiləri 11 apreldə növbədənkənar olaraq keçiriləcək.
- Əsas müxalif qüvvələr seçkidə iştirak etmir və boykot edir.