Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın Afrin bölgəsində keçirilən “Zeytun budağı” əməliyyatında həlak olan şəhidlərin sayını açıqlayıb. O, türk ordusunun 46 gündür həmin bölgədə keçirdiyi əməliyyat nəticəsində 41 əsgərin şəhid olduğunu və 2872 terrorçunun zərərsizləşdirildiyini bildirib.
Türkiyənin NTV kanalı xəbər verir ki, prezident bu məlumatı sədri olduğu Ədalət və İnkişaf Partiyasının (AKP) Türkiyə Böyük Millət Məclisindəki iclasında çıxışı zamanı açıqlayıb. O əlavə edib ki, əməliyyat zamanı Azad Suriya Ordusundan 159 nəfər şəhid olub.
“Terror təşkilatının sərhədlərimizlə əlaqəsi tamamilə kəsilib. Növbə Afrin şəhər mərkəzini mühasirəyə alıb orada yuva quran terrorçuları zərərsizləşdirməkdədir” – deyə president vurğulayıb.