Prezident İlham Əliyev bu gün imzaladığı bir neçə sərəncamla bəzi şəxslərin maaşını 10% artırıb.
Bunlar Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşları və dövlət qulluqçusu olmayan mülki işçiləri, eləcə də Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçuları və dövlət qulluqçusu olmayan mülki işçiləridir.
Artım martın 1-dən qüvvəyə minmiş sayılır.