Bakıda Narkoloji Mərkəzdə baş vermiş yanğın zamanı həlak olan şəxslərin ailələrinə ödənilən maddi yardımın məbləği açıqlanıb. Baş nazirin müavini, yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının sədri Abid Şərifov bildirib ki, həlak olan hər bir şəxsin ailəsinə 10 min manat məbləğində yardım edilib.
Azvision.az-ın məlumatına görə, Baş nazirin müavini vurğulayıb ki, xəsarət alanlara isə orta hesabla 500 manat maddi yardım göstərilib. A.Şərifov qeyd edib ki, aldığı xəsarətin dərəcəsindən asılı olaraq bəzilərinə isə 1000 manat vəsait verilib.
- Respublika Narkoloji Mərkəzində yanğın martın 2-də baş verib.
- Hadisə zamanı yanan şöbədə olan 55 nəfərdən 30-u xilas edilib, 25 nəfər ölüb.
- Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə yaydığı məlumata görə, hadisəni törətməkdə təqsirli bilinən və həmin mərkəzdə müalicə alan Məhəmməd Məmmədov həbs edilib.