Prezident İlham Əliyevin bu gün imzaladığı bir neçə sərəncamla ölkədə daha bir neçə qurumun hərbi qulluqçusunun vəzifə maaşları artırılıb. Sərəncamlara əsasən Dövlət Təhlükəsizlik Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə maaşları 10%, Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə maaşları 10% və Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin də aylıq vəzifə maaşları 10% artırılıb.
Artım martın 1-dən hesablanacaq.