Çərşənbə axşamı, 17 İyun 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Həbsxanada həyatını dəyişən “Tolışi Sedo” qəzetinin təsisçisi Novruzəli Məmmədov haqqında film Beynəlxaq Festivalda nümayiş olunacaq

09 Mart 2018
A A
Həbsxanada həyatını dəyişən “Tolışi Sedo” qəzetinin təsisçisi Novruzəli Məmmədov haqqında film Beynəlxaq Festivalda nümayiş olunacaq
Niderland Krallığının Rotterdam şəhərində KIFF Beynəlxaq Film Festivalında nümayiş olunacaq “Bir ailənin faciəsi” filmi 2007-ci ildə həbs olunan və həbsxanada müəmmalı şəkildə dünyasını dəyişən “Tolışi Sedo” qəzetinin təsisçisi və baş redaktoru Novruzəli Məmmədov haqqındadır. Film İsveçrədə mühacir həyatı yaşayan rejissor-dokumentalist Laçın Məmişov tərəfindən lentə alınıb.
Filmin müəllifi Turan-a deyib ki, ümumi xronometrajı 50 dəqiqə olan film hələlik ingilis dilinə tərcümə olunsa da yaxın zamanlarda rus və alman dillərinə də tərcümə olunması nəzərdə tutulub.
Foto: mikroskop media

Bu “Mühacirlər” layihəsi çərçivəsində çəkilən dördüncü filmdir və 2018-ci ilin yanvar ayında tamamlanıb. KIFF Beynəlxalq Film Festivalında filmin ilk premyerası olacaq. Bundan əlavə film bir neçə beynəlxalq film festivallarına təqdim olunub və müsbət cavab alınıb.

 

Foto: screenshot

Novruzəli Məmmədovun həbsindən sonra onun oğlu Kamran Məmmədov naməlum şəxslər tərəfindən vəhçicəsinə döyülüb. Növbəti gün Kamran dünyasını dəyişib. Ailənin ikinci oğlu Emil Məmmədov atasının 40 mərasimindən Bakıya qayıdarkən Novruzəli Məmmədovun xanımı Məryəm Məmmədova ilə birlikdə avtoqəzaya düşüb. Nəticədə Emil Məmmədov və Məryəm Məmmədova ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. Bir müddət sonra Kamran Məmmədov Moskvaya müalicə üçün aparılsa da xəstəxanada dünyasını dəyib. Ailənin yeganə sağ qalan üzvü, Novruzəli Məmmədovun xanımı Məryəm Məmmədova ölkəni tərk edərək Niderland Krallığında siyasi sığınacaq istəmək məcburiyyətində qalıb. Hazırda Niderland Krallığının Haaqa şəhərində yaşayır.


Müəllif deyir ki, filmin çəkilişi haqqında məlumat ilk dəfə yayılanda ölkə ictimaəti tərəfindən birmənalı qarşılanmadığı kimi, film də birmənalı qarşılanmayacaq.

Bizim ölkədə qəribə yanaşma var. Bəzi “millətçilər”deyir ki, “niyə Novruzəli Məmmədov haqqında film çəkirsən?” – Yəni TMR (Talış Muğan Respublikası) məsələsinə eyham vururlar. Bəzi “ura patriot” talışlar da deyir ki, “bizim hüquqlarımızı pozurlar, diskriminasiyaya məruz qalırıq”. Amma hamısı əsas problemi anlamırlar ki, Azərbaycancanda TMR problemi talışlardan çox hakimiyyətə lazım idi və ümumiyyətlə Novruzəli Məmmmədovun TMR məsələsinə heç bir aidiyyatı olmayıb. Əksinə Novruzəli Məmmədov hakimiyyətə həmişə loyal münasibət bəsləyib. Onun rəhbərlik etdiyi “Talış Mədəniyyət Mərkəzi” Heydər Əliyevin şəxsi göstərişi ilə yaradılıb. O ki, qaldı hüquqların pozulması və ya diskrimminasiyan məsələsinə, Azərbaycanda vətəndaşların hüququ milli kimliyinə görə yox, ümumiyyətlə vətəndaşların heç bir hüququ olmadığı üçün pozulur. Konstitusiyanın 1-ci maddəsi sadəcə dekorosiya üçündür.

  • Müəllif “Mühacirlər” layihəsi çərçivəsində çəkilən hər film öz peşə fəaliyyətini yerinə yetirərkən həlak olan jurnalistlərin xatirəsinə həsr edir.
  • Layihənin ilk filmini Elmar Hüseynovun, ikinci II hissəli “Kəlbəcər düyünü” və Böyük Oyun” filmləri Milli qəhrəman Çingiz Mustafayevin və ən nəhayəti “Bir ailənin faciəsi” filmi isə Milli qəhrəman Salatın Əsgərovanın xatirəsinə həsr edilib.
  • Müəllifin çəkdiyi filmlər əsasən Avropa və Qərb auditoriyası üçün nəzərdə tutulub.
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025
Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA
Araşdırma

Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA

10 Mart 2025
Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar
Detallı

Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar

18 Noyabr 2024
Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya
Detallı

Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya

12 Noyabr 2024
Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib
Detallı

Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib

11 Noyabr 2024

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia