“Görüş adi söhbətlə bitməməli və problemin həlli yolunu açmalıdır”. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen Inın görüşəcəyi xəbərlə bağlı münasibətini bildirərkən deyib.
Bu görüşün reallaşdırılması və sadəcə, görüşdən ibarət olmaması vacib məsələdir. Görüş BMT Təhlükəsizlik Şurasında Koreya yarımadasının nüvə probleminin həllinə dair qəbul olunmuş prinsiplər əsasında tam formatlı siyasi danışıqlar prosesinin bərpasına yol açmalıdır.
- Vaşinqtonda səfərdə olan Cənubi Koreya nümayəndə heyəti Kim Çen Inın məktubunu Donald Trampa təqdim edib.
- Tramp Şimali Koreya lideri ilə may ayınadək görüşün keçirilməsinə razılıq verib.