Çərşənbə, 10 Dekabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Müxalifətin birgə mitinqidən Arif Hacılının nitqi

10 Mart 2018
A A
Müxalifətin birgə mitinqidən Arif Hacılının nitqi

Foto: Azadlıq Radiosu

Müsavat Partiyasının başqanı Arif Hacılının Milli Şura və Müsavatın bu gün “Məhsul” stadionunda birgə keçirdiyi mitinq zamanı söylədiyi nitq.


İlham Əliyev deyir ki, Azərbaycan cəmiyyəti demokratiyaya hazır deyil. Əgər Azərbaycanda demokratiyaya imkan yaradılsa, radikal dini qüvvələr hakimiyyətə gələ bilər, ölkə Suriyaya, Əfqanıstana çevrilə bilər. Bu, əsla belə deyil.
100 il bundan əvvəl böyük Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi altında, Müsavat Partiyasının təşkilatçılığı, Azərbaycan xalqının iradəsi ilə Azərbaycanda xalq cumhuriyyəti qurulub.

Bu xalq 100 il bundan əvvəl elə dövlət yaradıb ki, o dövlət indi də nəinki Azərbaycana, bütün dünyaya nümunə ola biləcək demokratik bir dövlət idi. Bu dövlət yalnız Azərbaycanın istiqlalını qaytarmamışdı, bu dövlət demokratik parlament tipli dövlət idi. Bu dövlət Avropa ölkələrindən əvvəl, Amerikadan əvvəl Azərbaycan xalqına, Azərbaycan qadınlarına seçmək və seçilmək hüququ vermişdi. İnsanların ən ümdə hüquqlarından biri olan seçmək və seçilmək hüquqları var idi. Bu millət, bu xalq 100 il bundan əvvəl özünü idarə edirdi, öz rəhbərlərini özü seçirdi, bütün dünyaya nümunə göstərirdi.

Bura çıxmışıq ki, bu seçkilərdə xalqın iradəsi müəyyənləşdirilməyəcək. Mən bilirəm ki, bu gün burada ATƏT-in Müşahidə Missiyasının nümayəndələri iştirak edirlər. Onlar da bilsin ki, ölkədə seçkiqabağı demokratik şərait yoxdur. Bərabər hüquqlu siyasi rəqabət şəriati yoxdur. Seçki komissiyaları tamamilə hakimiyyətin nəzarəti altındadır. Bu, o komissiyalardır ki, bundan əvvəlki seçkiləri və referendumları saxlatalaşdırıb. Bu gün Azərbaycan müxalifətinin televiziyalardan istifadə etmək hüququ yoxdur. Bu gün Azərbaycanda qəzet ümumiyyətlə mədəniyyət növü kimi sıradan çıxarılıb.

Mən ANS televiziyasında Siyavuş Novruzova deyəndə ki, Azərbaycanın nefti ucuzlaşacaq, neft qutaracaq, ölkə böhrana daxil olacaq, o mənə cavab verirdi ki, əbədi olaraq Azərbaycana neft gəlirləri gələcək. Amma baxaq, neft gəlirləri Azərbaycan maraqlarına istifadə olundumu? Azərbaycana bu dövrlərdə 150 milyard dollar civarında neft gəlirləri daxil olub. Bu gəlirlər Azərbaycanın gələcəyini təmin etmək üçün sərf olunmadı.

Milyardlıq layihələrə sərf olundu ki, faktiki olaraq biz bu fürsəti, bu imkanı Azərbaycanın qüdrətli inkişafını yaratmaq üçün bu bazanı bu gəlirlər hesabına qura bilmədik.

Azərbaycanın topraqlarını işğaldan azad etmək üçün bu müqavilələr hesabına hansısa irəliləyişə nail ola bilmədik.

Azərbaycan xalqı qabiliyyətsiz xalq deyil, zəhmətkeş xalqdır, qüdrətli xalqıdır. Milyondan artıq vətəndaşımız Rusiya bazarlarında döyülərək, təqib edilərək pul qazanmağa nail olurlar, öz ailələrini dolandırmağa nail olurlar. Amma onlara Azərbaycanda öz ailələrini dolandırıb Azərbaycanı varlandırmağa imkan verilmir.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia