Çərşənbə, 10 Dekabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Arıçılar yeni veriləcək 10 manatlıq subsidiyadan necə faydalana bilər? Bəyənəcəyiniz bir neçə ideyamız var

03 İyun 2018
A A
Arıçılar yeni veriləcək 10 manatlıq subsidiyadan necə faydalana bilər? Bəyənəcəyiniz bir neçə ideyamız var

1

Bunu niyə yazırıq?

Bir müddət əvvəl prezident İlham Əliyevin imzaladığı sərəncama görə, Azərbaycanda arıçılara 5 il müddətinə olmaqla hər il, hər arı pətəyinə görə 10 manat veriləcək. Sərəncamda deyilir ki, məqsəd arıçılığın inkişaf etdirilməsidir. Mikroskop olaraq “Balçı” bal satışı şirkətinin sahibi Elvin Bayramlıdan xahiş etdik ki, bu pulun arıçılar üçün kifayət olub olmadığını, 10 manat subsidiyadan necə faydalanmağın mümkünlüyünü izah etsin.


2

Subsidiya arıçılara faydalanmağa imkan verirmi?

Sərəncamdan belə məlum olur ki, həmin subsidiya artıq təsərrüfatı olan arıçılara aid ediləcək. 5 ilin sonunda arıçı hər pətəyə görə 50 AZN pul almış olacaq. Bu pul göründüyü qədər az deyil, arıçılar həmin puldan faydalanıb təsərrüfatlarını genişləndirə bilərlər.

Məsələn, 100 arı ailəsi olan adam 1000 manat alacaq. Bu pulu əlavə yeşik almaq və arı ailəsini artırmağa sərf etmək mümkündür. 100 arı ailəsi olan fermer hər il 20 pətək artırmaqla beş il ərzində ümumi təsərrüfatını 200 pətəyə qədər artıra bilər. Fermer əldə etdiyi balı satıb kiçik şirkət də qura bilər.

Arıçılar əsasən yeşik hazırlamağa, arıları xəstəlikdən və həşəratlardan qorumağa xərc çəkirlər. Əsasən də gənələrə qarşı mübarizə aparılır. Eyni zamanda pətəkləri bir yerdən digər yerə köçürmək, pətəklərin içinə arı mumu qoyulması və s. bu kimi şeylərə pul xərclənir.


3

Arıçılara nə lazımdır?

Təkcə pətək və arıları həşərat və xəstəlikdən qorumaq kifayət deyil. Arıçılara təsərrüfatlarını böyütmək üçün texnika da lazım olur. Məsələn, Polşa istehsalı olan aparat var ki, onu sifarişlə Rusiya və Ukraynadan almaq olar. Həmin aparat krem bal hazırlayır ki, bu da son zamanlar insanlar arasında populyarlaşıb və tələbat yaranıb. Hazırda Azərbaycanda təxminən 5-6 nəfər fermer bu aparatdan istifadə edir. Qiyməti 2 min manatdır. Arı ailəsi çox olan fermer aldığı subsidiyanı bunun üçün də sərf edə bilər.

Arıçıların böyük əksəriyyətinin istifadə etdiyi aparat isə bal süzən maşınlardır ki, bunlar əsasən daha iri təsərrüfatı olan fermerlərdə var.

Digər texnikalarla müqayisədə daha baha olanı qablaşdırma aparatıdır. Bu aparat balı qaba töküb, bağlayır və etiketi yapışdırır, bir sözlə marketdə satış səviyyəsinə çatdırır. Azərbaycanda bu aparatdan istifadə edən 1-2 fermer var.

Bal süzən aparat isə demək olar ki, hamıda var. Krem bal hazırlayan aparat da azdır, 5 ya da 6 nəfərdədir.
Bir çox arıçılar düşünür ki, ən vacibi pətək sayını artırmaqdır. Bundan başqa fermerlərə pətəkləri daşımaq üçün traktor və qoşma da lazım olur.

Həm fermerlər, həm də alıcılar üçün lazım olan şey isə laborotoriyalardır. Balın keyfiyyətini yoxlayan laborotoriyalar fərqlidir, bunların sırasında həm dövlət, həm də özəllər var. Hər fermerin üstünlük verdiyi laborotoriya fərqli ola bilər, çünki onların arasında yoxlama keyfiyyətinə görə fərqlilik olur. Daha yaxşı yoxlama aparanların qiyməti 1 nümunə üçün 100-150 manatdır, hətta 500 manat olanlar da var. Elə laborotoriya var ki, onun sertifikat vermək hüquq var, bəziləri isə sadəcə hansısa müəssisənin tərkibində fəaliyyət göstərir.

Baş baytarlıq idarəsinin laborotoriyası isə digərləri ilə müqayisədə daha ucuzdur.

Bəzi fermerlər isə eyni balı 2-3 yerdə yoxladırlar ki, hansının daha keyfiyyətli yoxlama apardığını müəyyən edə bilsin.


4

Bal necə satılır? Hansı maneələr var?

Fermerlər bal satışında əsasən alıcıların inamsızlığından və bu inamsızlığa görə də istehlakın azlığından şikayətlənir. İnsanlar qonşu, ya da uzaq qohumdan bal almağı marketdən bal almaqdan üstün tutur, daha etibarlı sayır. Amma arıçılıqla və bal satışı ilə məşğul olanlar deyir ki, balın keyfiyyətini ancaq iki nəfər dəqiq bilir; laborant və arıçı.

Həmsöhbətimiz deyir ki, bəzi hallarda İqtisadiyyat Nazirliyi yanında “AzPromo” şirkəti xaricə məhsul satışı işində fermerlərə kömək edir.

Fermerlər bundan başqa məhsuldarlığı artırmaq və arıları xəstəlik və həşəratlardan qorumaq üçün mütəmadi olaraq kitablar oxuyur, yeni texnikalar və yeni üsullarla tanış olurlar. Məsələn, hazırda arıları turşu üsulu ilə müalicə etmək yoluna üstünlük verilir. Çünki belə hesab edilir ki, bu üsul balda qalıntı yaratmır və bal yeyənə də ziyan vermir.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia