Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT Parlament Assambleyasının sədri Georgi Tseretelinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Görüşdə İpək Yoluna Dəstək Qrupunun ilk beynəlxalq sessiyasının Bakıda keçirilməsindən, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesindən və Azərbaycanda baş tutacaq prezident seçkiləri barədə müzakirələr aparılıb.
Elmar Məmmədyarov seçkilərin azad, ədalətli, şəffaf və demokratik şəkildə keçiriləcəyini və Azərbaycan xalqının iradəsini əks etdirəcəyini vurğulayıb.
Georgi Tsereteli ATƏT-in Parlament Assamblyeasının qərəzsiz və neytral mövqedən çıxış edərək seçkiləri müşahidə edəcəyini bildirib.