Vergilər naziri Mikayıl Cabbarov Fazil Məmmədovun vəzifədən kənarlaşdırdığı əməkdaşı müşavir vəzifəsinə təyin edib. “Report” xəbər verir ki, vaxtilə Bakı Vergi Departamentinin rəisi olmuş Manaf Bayramov 2005-ci ilin noyabrında vəzifədən azad edilib. İşdən çıxarılmasına səbəb kimi onun nizam-intizam qaydalarını pozması, həmçinin 2005-ci ilin sentyabr-oktyabr ayları ərzində vergi daxilolmaları üzrə proqnozu yerinə yetirə bilməməsini göstərilib.
M.Bayramov 2008-ci ildən ötən ilin sonuna qədər iqtisadiyyat naziri Şahin Mustafayevin müşaviri vəzifəsində çalışıb.