Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər müalicə aldığı “Hacettepe” xəstəxanasından evə buraxılıb.
“Report” yazır ki, İ.Qəmbərin səhhəti normaldır və bu həftənin sonunda Bakıya dönəcək.
- İ.Qəmbərin səhhətində problem 13 yanvarda başlayıb. Mərkəzi Klinikaya yerləşdirilən siyasətçinin ürəyinə stentlər qoyulub.
- 23 fevralda bir daha səhhəti pisləşən İ.Qəmbər yenidən Mərkəzi Klinikaya aparılıb. Xəstəxanadan bildirilib ki, İ.Qəmbərin bu dəfə həkimə müraciət etməsi ürəyində yaranan problemlərlə bağlı deyil, o, ümumi stasionar şöbəyə yerləşdirilib.
- Bir müddət sonra isə Müsavat başqanı Arif Hacılının və Mərkəzi Klinik Xəstəxanasının həkiminin müşayiəti ilə Türkiyənin paytaxtı Ankara şəhərindəki “Hacettepe” xəstəxanasına yerləşdirilib.