Avropa Şurasının Parlament Assambleyası (AŞPA) Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün nümayəndə heyəti 10 apreldə Bakıya gəlir.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov APA-ya bildirib ki, nümayəndə heyəti 33 nəfərdən ibarətdir.
- Azərbaycanda prezident seçkiləri 11 apreldə növbədənkənar olaraq keçiriləcək.
- Əsas müxalif qüvvələr seçkini boykot edir.