Cümə, 14 Noyabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Ramil Usubov prezident seçkiləri ilə bağlı tapşırıqlar verib

18 Mart 2018
A A
Ramil Usubov prezident seçkiləri ilə bağlı tapşırıqlar verib

Daxili İşlər Nazirliyinin müxtəlif qurumları, o cümlədən yol polisi əməkdaşları üçün yeni alınan avtomobillər. Foto: president.az

Bu gün Daxili İşlər Nazirliyində aprelin 11-də baş tutacaq prezident seçkilərində ictimai asayişin mühafizəsi ilə bağlı Kollegiya iclası keçirilib. Daxili işlər naziri Ramil Usubov iclasda qeyd edib ki, seçkidə 5 milyondan artıq vətəndaşın iştirakı gözlənir və onların təhlükəsizliyinin, asayiş qorunması üçün “Tədbirlər planı” hazırlanıb, təsdiq edilib.

Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Oqtay Kərimov çıxışında bildirib ki, daxil olan məlumatların vaxtında yoxlanması üçün xüsusi işçi qrup, Bakı Şəhər Baş Polis İdarəsində isə xüsusi operativ qrup yaradılıb.

O.Kərimov əlavə edib ki, həm təbliğat-təşviqat mərhələsində, həm də seçki günü polis əməkdaşlarının etik davranış qaydalarına riayət etmələri məsələsi də diqqətdə saxlanılır. Nazirlik Mərkəzi Seçki Komissiyası ilə birlikdə hazırladığı 11 min “Yaddaş kitabçası”nı şəxsi heyətə paylayıb.

Onun sözlərinə görə 12 mindən çox polis əməkdaşı gücləndirilmiş iş rejimində xidmət edəcək, dairə və məntəqə seçki komissiyalarının mühafizəsini təmin edəcək. Onlar həmçinin bütün zəruri xüsusi və digər vasitələrlə tam təchiz olunur.
Təbliğat-təşviqat kampaniyasının keçirildiyi yerlər və səsvermə günü seçki məntəqələrinin ətrafı “Təhlükəsiz şəhər” sisteminin müşahidə kameraları ilə fasiləsiz izlənəcək, bütün hüquqazidd hərəkətlərə dərhal reaksiya veriləcək. Polis seçki bülletenləri dairə və məntəqə seçki komissiyalarına daxil olduğu andan dairə və məntəqələri də 24 saat mühafizə edəcək.
Nazir Ramil Usubov çıxışında bir sıra tövsiyə və tapşırıqlar verib. O bildirib ki, Prezident seçkiləri zamanı ictimai asayişin təmi edilməli, vətəndaşlarla təmasda hər zaman nümunəvi davranış qaydalarına ciddi riayət edilməli, əməkdaşların fiziki, döyüş və peşəkar hazırlıq səviyyəsi daha da yüksəldilməlidir.

Nazirin müvafiq orqanların rəhbərlərindən tələbləri:

  • Prezidentliyə namizədlərin və onların nümayəndələrinin təbliğat-təşviqat apardıqları, yığıncaq və toplantı keçirdikləri yerlərdə ictimai asayişin etibarlı mühafizə olunması
  • Təxribatların və neqativ halların qarşısının operativ şəkildə alınması
  • Seçki komissiyalarının, habelə seçki bülletenlərinin, səsvermə protokollarının və digər sənədlərin etibarlı mühafizəsinin təşkili
  • Seçki gününədək səsvermə hüququ olanların müvafiq sənədlərlə tam təmin olunması
  • Etibarlılıq müddəti bitmiş vəsiqələrin dəyişdirilməsi
  • Səyyar qrupların işinin daha da sürətləndirilməsi
“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

13 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia