https://www.instagram.com/p/BgXV5DtjyZc/?utm_source=ig_embed
Qraffiti rəssamı “Banksy” Türkiyədə həbsdə olan kürd əsilli rəssam Zəhra Doğanın həbsinə diqqət çəkmək üçün Nyu-York şəhərində 20 metr hündürlükdə onun rəsmini çəkib.
Rəssam barmaqlıqlar arxasında təsvir olunub və sonuncu barmaqlıq qələm kimi çəkilib.
Zəhra Doğan ötən il 2 il 9 ay müddətinə həbs olunub.
Eyni zamanda jurnalist olan Zəhra Doğanın həbsinə səbəb Mardində komendant saatı elan olunduğu müddətdə rəssamın bu mövzuda çəkib sosial mediada paylaşdığı rəsmlər olub. Onun yaşadığı Nusayibn şəhəri və komendant saatı ilə bağlı çəkdiyi rəsmlər terrorun təbliği kimi qəbul olunub.
Rəssam jurnalistin həbsindən artıq 1 il ötdüyünü vurğulayan “Banksy” onun rəsmini Nyu-Yorkun 80-ci illərdə inşa olunan tarixi “Bowery” divarına çəkib.