AMEA-nın Neft və Qaz İnstitutuna elmi tədqiqat işlərində müxtəlif müşahidə və təcrübələrin aparılması üçün dron təhvil verilib. Bu dronlar AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) rezidenti olan “Elm və Texnologiya Parkı” MMC tərəfindən istehsal olunub.
Təqdimat mərasimində bildirilib ki, dronların AMEA-nın elmi müəssisə və təşkilatlarının çöl şəraitində aparılan tədqiqatlarının keyfiyyətinin yüksəldilməsinə, bu sahədə işin səmərəliliyinin artırılmasına, kənd təsərrüfatında ərazinin spektral analizinin aparılmasına, müəyyən sahələrdə radiasiya və radiomaqnit şüalarının səviyyəsinin ölçülməsinə töhfə verəcək.
AMEA-nın digər elmi müəssisə və təşkilatlarının da dronlarla təmin edilməsi nəzərdə tutulub.