Prezident İlham Əliyev bu gün Biləsuvar, Beyləqan, İmişli, Neftçala və Saatlı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən adı çəkilən rayonlarda 824 şagird üçün modul tipli 12 məktəbin tikilməsi üçün Təhsil Nazirliyinə 4 milyon 172 min manat pul ayrılıb. Həmin məbləğ 2018-ci il dövlət büdcəsində dövlət əsaslı investisiya xərclərindən ayrılıb.