Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçkiqabağı təşviqat kampaniyasını dəyərləndirib. APA-nın məlumatına görə, MSK sədri bildirib ki, İctimai Televiziyada debatlar zamanı kənara çıxma halları qeydə alınsa da onlar ciddi xarakter daşımır:
“Sosial şəbəkələrdə küçə səviyyəsində olan 5-6 şəxsi nəzərə almasaq, seçkiqabağı təşviqatla bağlı hər hansı xoşagəlməz hala rast gəlinmir. Ümumilikdə, seçkiqabağı təşviqat prosesini normal qiymətləndirmək olar”.