Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şura və Müsavatın martın 31-də mitinq keçirməsi ilə bağlı müraciətini cavablandırıb. BŞİH martın 31-də keçmiş “Məhsul” stadionunda keçirilməsi planlaşdırılan aksiyaya razılıq verib.
- Milli Şura və Müsavat 11 apreldə növbədənkənar keçiriləcək olan prezident seçkilərinə etiraz olaraq bu mitinqki keçirəcək.
- Bundan əvvəlki mitinq 10 martda eyni yerdə keçirilmişdi.
- Mitinqdən əvvəl ümumilikdə 100-dən çox adam polis bölmələrinıə dəvət edilmiş və mitinqə getməməsi ilə bağlı xəbərdarlıqlar almışdı.