Venesuelanın Karabobo ştatında həbsxanadasında baş vermiş qiyam nəticəsində yaranan yanğında 78 nəfər ölüb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ölənlərdən 68-in kişi, 10-un qadın olduğu bildirilir.
Qadınlar məhkumluq həyatı yaşayan ərlərinə baş çəkdikləri zaman həyatlarını itiriblər. İnsidentin səbəbləri açıqlanmır. Şahidlərin sözlərinə görə, əvvəl atəş səsləri eşidilib, daha sonra isə cəzaçəkmə müəssisəsində yanğın başlayıb.
Ümumilikdə həbsxanada 100-dən çox məhbusun cəza çəkdiyi bildirilir.
Hələlik rəsmi məlumat yoxdur.
- 2013-cü ildə Venesuelanın Lara ştatında həbsxanada baş vermiş qiyam 61 nəfərin ölümünə səbəb olub, yaralıların sayı 120 nəfər çatıb.