Şimali Koreya lideri Kim Çen In Cənubi Koreya prezidenti Mun Çje ilə görüşünün vaxtı bəlli olub. Liderlərin aprelin 27-i Koreyanın sərhəd kəndi Panmunconda görüşəcək. Koreya liderlərinin görüşü Kim Çen Inla ABŞ prezidenti Donald Tramp arasında mayda keçiriləcək görüş üçün də əsas ola bilər.
- Bu görüş Şimali və Cənubi Koreya liderləri arasında 1953-cü ildən etibarən baş tutacaq 3-cü görüş olacaq.
- Koreya müharibəsi bitəndən sonra iki ölkə lideri yalnız 2000 və 2007-ci illərdə üzbəüz görüş keçiriblər.