Aprelin 11-də keçiriləcək prezident seçkiləri zamanı Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Bunu APA-ya Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev bildirib. Nağıyev deyib ki, aprelin 11-də tibbi yardım stansiyasının bütün əməkdaşları iş başında olacaqlar.