Şənbə, 20 İyun 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Timoşenko da Qəddafidən pul almaqda ittiham olunur. Söhbət 4 milyon avro ianədən gedir

06 Aprel 2018
A A
Timoşenko da Qəddafidən pul almaqda ittiham olunur. Söhbət 4 milyon avro ianədən gedir

Ukraynanın baş naziri Yuliya Timoşenkonun Liviyaya səfəri zamanı Müəmmar Qəddafi ilə görüşü. Foto: İsmail Zetouni / Reuters

Ukraynada korrupsiya araşdırmaçıları Liviyanın keçmiş lideri Müəmmar Qəddafinin ukraynalı Yuliya Timoşenkonun 2010-cu ildəki prezident seçkisi kampaniyasına milyonlarla dollar ianə verməsi iddialarını araşdırırlar. Reuters İnformasiya Agentliyi xəbər verir ki, bunu ukraynalı deputat Volodimr Ariev deyib.

Timoşenko bu iddiaları rədd etsə də keçmişdə baş tutan qeyri-leqal maliyyələşmə hesabatları prezident seçkiləri ərəfəsində onun imicinə ziyan vura bilər.

V.Ariev bildirib ki, o və digər parlamentarilər Ukraynanın Milli Anti-Korrupsiya Bürosundan ərəb qəzetlərində nəşr olunan bu iddiaları araşdırmağı tələb ediblər.

“Aşraq əl-Avsat” qəzetinin yazdığına görə, Qəddafinin nümayəndəsi Timoşenkonun məğlubiyyəti ilə nəticələnən 2010-cu il seçki kampaniyasına 4 milyon avro ianə vermək üçün xüsusi təyyarə ilə Kievə uçub.

Ariev Facebook sosial şəbəkəsində anti-korrupsiya bürosunun onların müraciətini qəbul etməsi barədə məktubun da fotosunu paylaşıb.

Ukrayna qanunvericiliyinə görə, parlament üzvlərinin müraciəti dövlət orqanları tərəfindən araşdırılmalıdır.

  • Timoşenkonunun partiyasının sözcüsü isə bu iddiaların əsassız olduğunu deyib.
  • Timoşenko iki dəfə baş nazir olub və keçmiş prezident Viktor Yanukoviç onu həbs etdirib. Özünün milli saç düzümü ilə tanınan Timoşenko 2014-cü ildə də prezident seçkilərində məğlub olub, amma son rəy sorğularına görə, onun reytinqi artıb.
  • Ukraynada növbəti prezident seçkiləri 2019-cu ilin martında baş tutacaq.
  • 2007-2010-cu illərdə, Timoşenkonun baş nazir olduğu dönəmdə rəsmi Kiev və Tripoli arasında bir çox kommersiya müqavilələri imzalanıb.
Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?
Detallı

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?

16 İyun 2026
Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü
535.1

Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü

16 İyun 2026
“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia