Şənbə, 20 İyun 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Bakıda konfransı keçirilən Qoşulmama Hərəkatı nədir?

06 Aprel 2018
A A
Bakıda konfransı keçirilən Qoşulmama Hərəkatı nədir?

Qoşulmama Hərəkatının konfransında İlham Əliyev Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu ilə görüşür. Foto: president.az

Qoşulmama hərəkatı 1961-ci ildə, Soyuq müharibə dövründə gərginliyi azaltmaq məqsədilə yaradılıb. Bu hərəkat Qərb ittifaqı ilə Şərq blokundan əlavə üçüncü blok kimi meydana çıxıb. Qoşulmama Hərəkatına üzv olan ölkələr hərbi bloklara qoşulmur. 2012-ci ildə üzv dövlətlərin sayı 120-ə çatan bu blokda 17 ölkə də müşahidəçidir.

Qoşulmama Hərəkatının konfransında İlham Əliyev Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu ilə görüşür. Foto: president.az

Təsis sammiti Belqradda baş tutan blokun əsas prinsipləri dövlətlərin ərazi bütövlüyü, suverenliyi və siyasi müstəqilliyinə hörmət, daxili işlərinə qarışmamaqdır.

Azərbaycan isə bu hərəkata 2011-ci ildə qoşulub və 2019-cu ildə hərəkatın XVIII Zirvə toplantısına ev sahibliyi edəcək. 2019-2022-ci illər ərzində Azərbaycan Respublikası Qoşulmama Hərəkatına sədrlik edəcək.

Hərəkatın qurucuları Yuqoslaviadan olan sosialist Josip Broz Tito, Hindistandan Cəvahiral Nehru, İndoneziyadan Sukarno, Misirdən Camal Abdel Nasir və Qanadan Kvame Nkrumahdır.

Hərəkat ilk olaraq təşkilat kimi 1956-cı ildə yaranıb və bir müddət sonra hərəkata çevrilib. “Qoşulmama” adı isə 1953-cü ildə BMT-də yaradılıb.

Hərəkatın soyuq müharibədən sonrakı taleyi necə oldu?

Soyuq müharibə bitəndən sonra hərəkat özünü yeniləməyə və məqsədlərini hazırkı dünya sisteminə uyğunlaşdırmağa məcbur oldu. Ən vacib sual isə fundamental ideologiyaların, milli suverenlik prinsiplərinin, ərazi bütövlüyü, müstəmləkə siyasəti və imperializmə qarşı mübarizənin müasir məsələlərə tətbiq olunub olunmayacağı oldu.

Bakıda keçirilən Qoşulmama Hərəkatının nazirlər konfransının açılış mərasimi. Foto: president.az

Yeni dünyada Qərb hegemoniyası və neo-müstəmləkə siyasətinin istismar etdiyi kasıb xalqların çıxdaş edilməsi Qoşulmama Hərəkatını buna etiraz etməyə vadar etdi.

Qoşulmama Hərəkatı üzvlüyünə tələblər Birləşmiş Millətlər Təşkilatının əsas inanclarına uyğun gəlir:

  • Təməl insan hüquqlarına hörmət
  • Bütün xalqların suverenliyi və ərazi bütövlüyünə hörmət
  • Milli müstəqillik hərəkatının tanınması
  • Bütün irqlərin və xalqların bərabərliyinin tanınması
  • Başqa ölkələrin daxili işlərinə müdaxilə etməkdən çəkinmək
  • BMT Nizamnaməsinə uyğun olaraq hər bir xalqın özünü fərdi və ya kollektiv şəkildə müdafiə etmək hüququna hörmət
  • Hər hansı bir ölkənin ərazi bütövlüyünə təcavüz etməkdən çəkinmək
  • BMT Nizamnaməsinə uyğun olaraq bütün münaqişələrin sülh yolu ilə həlli
  • Qarşılıqlı maraq və əməkdaşlığın təşviqi
  • Ədalət və beynəlxalq öhdəliklərə hörmət

Azərbaycan bu hərəkata niyə qoşulub?

Parlamentin deputatı Rasim Musabəyov deyir ki, bu hərəkatda təmsil olunmağın Azərbaycan üçün əhəmiyyəti həm də odur ki, burada müzakirə olunan məsələlər sonradan BMT-ə çıxarılır. Deputat həm də düşünür ki, hazırda Bakıda keçirilən nazirlər konfransında Azərbaycan Qarabağ münaqişəsinə diqqət cəlb etmək imkanı əldə edib.

Bu hərəkatda üzvlük həm də Azərbaycanın öz ərazisində başqa dövlətlərin hərbi bazalarını yerləşdirməyi planlamadığına dair siqnaldır.

“Bu, vacibdir və Bakının NATO qüvvələrini öz ərazisinə dəvət etmək və Rusiya və İranı qıcıqlandırmaq niyyətində olmadığını nümayiş etdirir. Eyni zamanda, Hərəkata üzvlük o demək deyil ki, Azərbaycan başqa dövlətlərlə hərbi müqavilələr bağlamamaq öhdəliyi götürür” – Rasim Musabəyov deyir.

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?
Detallı

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?

16 İyun 2026
Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü
535.1

Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü

16 İyun 2026
“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia