No Result
View All Result
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin Suriyanın Afrin şəhərində keçirdiyi “Zeytun budağı əməliyyatından danışıb. O bildirib ki, Afrinə nəzarət Suriya hökumətinə təhvil verilməlidir. NTV Türkiyə xəbər verir ki, Lavrov bu açıqlamanı Moskvada baş tutan mətbuat konfransında deyib.
“Ərdoğan heç vaxt deməyib ki, Türkiyə Afrini işğal etmək istəyir. Rusiya gözləyir ki, Türkiyə bölgəyə nəzarəti Suriya hökumətinə geri qaytarsın” – deyə Lavrov əlavə edib.
No Result
View All Result