Cümə axşamı, 17 Sentyabr 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Seçkiləri izləyəcək müşahidəçilərin sayı açıqlanıb. Sabah isə təşviqat kampaniyası bitir!

09 Aprel 2018
A A
Seçkiləri izləyəcək müşahidəçilərin sayı açıqlanıb. Sabah isə təşviqat kampaniyası bitir!

Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı təşviqat kampaniyası çərçivəsində təşviqat lövhəsi. Foto: Firi Salim

Aprelin 11-nə təyin edilən növbədənkənar prezident seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası (MSK) və dairə seçki komissiyaları tərəfindən akkreditə olunmuş müşahidəçilərin sayı açıqlanıb.

APA yazır ki, bu günə qədər 60 təşkilat və 59 ölkədən 890 beynəlxalq müşahidəçi seçkiləri izləmək üçün akkreditə olunub.

Akkreditə olunmuş yerli müşahidəçilərin sayı isə 58 min 175 nəfərdir.

Aprelin 10-da isə prezident seçkiləri ilə bağlı seçkiqabağı təşviqat başa çatır.

Seçki Məcəlləsinə əsasən qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.

Seçkiqabağı təşviqat martın 19-u başlayıb, aprelin 10-u saat 08.00-da dayandırılacaq.

Azərbaycanda keçiriləcək olan növbədənkənar prezident seçkilərində 8 nəfər mübarizə aparacaq. Yeni Azərbaycan Partiyasından İlham Əliyev, Azərbaycan Sosial Demokrat Partiyasından Araz Əlizadə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından Qüdrət Həsənquliyev, Milli Dirçəliş Hərəkatı Partiyasından Fərəc Quliyev, Müasir Müsavat Partiyasında Hafiz Hacıyev, “Cəbhəçilərin təşəbbüs qrupu”ndan Razi Nurullayev, Azərbaycan Demokrat Partiyasından Sərdar Cəlaloğlu və öz təşəbbüsü ilə namizədliyi irəli sürülən Zahid Oruc növbəti 7 ildə prezident olmaq üçün yarışacaqlar.

Fransa Azərbaycanda həbsdəki vətəndaşları üçün Usmanovu sanksiya siyahısından çıxarmaq istəyir
Manşet

Fransa Azərbaycanda həbsdəki vətəndaşları üçün Usmanovu sanksiya siyahısından çıxarmaq istəyir

15 Sentyabr 2026
Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?
Detallı

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?

16 İyun 2026
Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü
535.1

Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü

16 İyun 2026
“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia