Bakı Şəhər İcra Hakimiyyəti Müxalifət partiya və hərəkatları ilə Milli Şura aprelin 14-də keçirməyi planlaşdırdığı mitinqinə razılıq verib. Seçkilərdən öncə təyin olunan mitinq “Məhsul” stadionunda saat 15:00-da baş tutacaq.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli mitinqin təyin olunması ilə bağlı bəyanatında bildirib ki, mitinqdə “yalançılara, talançılara, seçkini saxtalaşdıranlara yox” deyəcəklər.