Cümə, 19 İyun 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

MSK ATƏT-in seçki ilə bağlı hesabatını tənqid edən bəyanat yayıb

13 Aprel 2018
A A
MSK ATƏT-in seçki ilə bağlı hesabatını tənqid edən bəyanat yayıb

11 aprel növbədənkənar prezident seçkilərində səsvermə hüququndan istifadə edən seçici. Foto: Əziz Kərimov / AP

11 aprel növbədənkənar prezident seçkilərində səsvermə hüququndan istifadə edən seçici. Foto: Əziz Kərimov / AP

Mərkəzi Seçki Komissiyasının 11 apreldə keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, ATƏT-in Parlament Assambleyasının və Avropa Şurasının Parlament Assambleyasının müşahidə missiyasının hesabatına dair bəyanat yayıb.

Seçkiqabağı hazırlığın qanunvericiliyə və beynəlxalq normalara uyğun hazırlandığının qeyd olunduğu bəyanatda deyilir ki, namizədlər ədalətli şəraitdə və bərabər imkanlarla mübarizə aparıblar.

MSK bəyanatında seçkini izləmək üçün qeydiyyatdan keçən müşahidəçi sayını vurğulayır və əlavə edir ki, onların mütləq əksəriyyəti seçkilərin azad, ədalətli və şəffaf keçdiyini deyib. Eyni zamanda adıçəkilən qurumlarında müşahidəçiləri ayrı-ayrılıqda seçkiləri müsbət qiymətləndirsə də onların hesabatında başqa şey yazılıb:

“Lakin təəssüflə qeyd edilməlidir ki, bu qurumların adından yayılan hesabatda 1300 seçki məntəqəsində müşahidə aparılması bildirilən, ümumilikdə seçkilərin nəticələrinə heç bir təsir etməyən və mənbəyi bəlli olmayan neqativlərin qabardılması yolu ilə (ən çox halda cəmi 156 məntəqədə ümumi məntəqələrin 2,8 faizindən də azında) bu və ya digər xarakterli texniki problemlərin olduğu bəyan edilib. Bununla da, həm yuxarıda qeyd edilən çoxminlik müşahidəçilərin, həm də öz nümayəndələrinin fikirlərindən kəskin fərqlənən mövqe nümayiş etdirərək, seçkilər keçirilən 5641 məntəqənin hamısının nəticələrinə kölgə salmaq meyli nümayiş etdirilib”.

İnfoqrafika: mikroskop media

Bəyanatda iddia olunur ki, bütün ölkə üzrə missiyanın nümayəndələri yerlərdə ayrı-ayrı insanlarla görüşüb onlardan seçkilərlə bağlı yalnız neqativ faktların təqdim edilməsini xahiş edirlər, bu da MSK-ya əsas verir ki, hesabatın qərəzli olduğunu düşünsün.

Missiya rəhbərinin müavini Ştefan Krauzenin anti-Azərbaycan fəaliyyətində ittiham olunduğu bəyanatda vurğulanır ki, həm seçkidə iştirak edən namizədlər prosesdən razı qalıb, həm MSK-ya şikayət daxil olmayıb və həm də yüksək seçici fəallığı müşahidə olunub. Ona görə də anlamaq olmur ki, hesabatda qeyd olunan pozuntular kimin ziyanına edilib.

“Hesabatda göstərilən iradlar bir çox hallarda özü-özünü təkzib edir. Başqa bir irad isə daha anlamsız görünür – “Vəzifədə olan Prezidentin təşviqat kampaniyası ilə onun rəsmi fəaliyyəti arasında heç bir fərq qoyulmayıb”. Yaxşı olardı ki, bu fərqin hansı qaydada qoyulması və onun mahiyyətinin nədən ibarət olması izah olunsun. Dünyanın heç bir ölkəsində növbəti dəfə seçkilərdə iştirak edən dövlət başçısı öz fəaliyyətini dayandırmır və dayandıra da bilməz. Bu cür seçkiqabağı mühitə tətbiq edilə bilən yeganə etik norma ondan ibarətdir ki, səlahiyyətlərinin icrasını davam etdirən dövlət başçısı seçiciləri ona səs verməyə çağırışlarından istifadə etməməlidir və Azərbaycanda keçirilən bütün Prezident seçkilərində bu qaydaya riayət olunub” – deyə MSK-nın bəyantında vurğulanır.

Bəyanat müşahidəçilərin hesabatında seçkilərdə şəffaflığın olmaması, digər namizədlərin prezident İlham Əliyevi birbaşa tənqid etməməsi, vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyətinin məhdudlaşdırılması, mətbu orqanlar və mediada plüralizmin olmaması və seçkilərdə həqiqi rəqabətin olmaması barədə yazılanları təkzib edib.

Bəyanatda deyilir: “Mərkəzi Seçki Komissiyasında təəccüb doğurur ki, nədənsə, seçkilərin müşahidəsindən bəhs ediləndə, bu sahədə yalnız bir qurumun – Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin adı çəkilir. Onun qeydə alınmadığı və fəaliyyətinə əngəl yaradıldığı vurğulanır. Lakin Azərbaycanda seçki müşahidəçiliyi sahəsində ixtisaslaşmış digər qurumlar da var və onlar seçki dövründə yerli müşahidəçiliyi həyata keçiriblər”.

MSK vurğulayır ki, adı çəkilən qurumların nümayəndələri müşahidəçilərin yalnız bir qismini təşkil edir və onların beynəlxalq müşahidəçilər kimi təqdim olunmağı xarici ölkələrdən olan digər müşahidəçilərə hörmətsizlikdir.

Bəyanatda qeyd olunur ki, MSK 2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, ATƏT-in Parlament Assambleyasının və Avropa Şurasının Parlament Assambleyasının müşahidə missiyasının yekun hesabatında yuxarıda göstərilən və digər çoxsaylı uyğunsuzluqlar aradan qaldırılacağına ümid edir.

Bəyanatı Mərkəzi Seçki Komissiyasının sədri, onun müavini, komissiyanın 2 katibi və 14 üzvü imzalayıb.

Bəyanatın tam mətni ilə bu linkdən tanış ola bilərsiz.

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?
Detallı

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?

16 İyun 2026
Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü
535.1

Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü

16 İyun 2026
“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia